HAARP

HAARP-ın Sanford vulkanı istiqamətindən havadan görünüşü

HAARP (ing. High Frequency Active Auroral Research Program; tərc. Yüksəktezlikli Aktiv Qütb İşıqlarıTədqiqatlar Proqramı) — ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri, Alyaska Ferbanks UniversitetiMüdafiə Nazirliyinin perspektivli layihələri araşdırma idarəsi (DARPA) tərəfindən birgə maliyyələşdirilən, ionosfer tədqiqat proqramı kimi başladılmış layihə.[1] İngilis şirkəti BAE Systems tərəfindən dizayn edilmiş və tikilmişdir. Layihənin ilkin məqsədi ionosferi tədqiq etmək və radio rabitə və müşahidələr üçün ionosferə bağlı təkmilləşdirilmə texnologiyasının inkişaf etdirilməsi potensialını araşdırmaq idi.[2] HAARP 2015-ci ildən etibarən Alyaska Ferbanks Universiteti tərəfindən idarə olunur.[3]

Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola TeslaIslam Papaxov tərəfindən irəli sürülmüşdür.

Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur. Hətta zehin idarə etmə dalğaları yaydığı deyilir.

HAARP, Pentaqonun nəzarətində və ABŞ ordusunun xidmətində olan mühüm bir layihədir. Alyaskadakı mərkəzdə hazırda yüksək tezlikli radio siqnalı yayımlaya bilən cəmi 48 antenna vardır. Bunlardan əlavə, yüksək tezlikli siqnallarla əlaqəli fəaliyyətlərdə istifadə olunacaq bir radarın qoşulması da planlaşdırılır.

HAARP layihəsi sayəsində, ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) da yaradılmaqdadır.

Elektromaqnetik dalğalarla bir çox sınaqların aparıldığı bu ərazi təyyarələr üçün təhlükəlidir. Buna görə də HAARP təsislərində, təyyarə nəzarət sistemi mövcuddur və hər hansı təyyarənin yaxınlaşması zamanı antennaların fəaliyyəti avtomatik olaraq dayandırılır.

  1. "HAARP Fact Sheet" (ingilis). HAARP. 15 June 2007. 7 oktyeabr 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2009.
  2. "Purpose and Objectives of the HAARP Program" (ingilis). HAARP. 1 October 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 September 2009.
  3. "About HAARP". University of Alaska Fairbanks (ingilis). 14 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 February 2022.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne