Korsika

Korsika
Corsica
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

42°09′ şm. e. 9°05′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Ayaçço
Tarixi və coğrafiyası
Yaradılıb 11 yanvar 1970
Sahəsi
  • 8.680 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 349.465 nəf. (1 yanvar 2022)[2]
Rəqəmsal identifikatorlar
ISO kodu FR-20R
Rəsmi sayt
Korsika xəritədə
Korsika xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Korsika (fr. Corse [kɔʀs], korsikaca. Corsica) — Aralıq dənizinin şimal hissəsində ada. Fransa ərazisidir. Sah. 8,7 min km². Şimal sahili hamar, qərb sahili rias tiplidir, körfəzlərlə kəskin parçalanmışdır. Maksimal hündürlüyü – 2710 m (Mon-Sento dağı). Qranit və gilli şistlərdən təşkil olunmuşdur. Adanı Apenin yarımadasından Korsika boğazı, Sardiniya adasından isə Bonifaco boğazı ayırır. Aralıq dənizi iqliminə malikdir. İllik yağıntı 650–1000 mm. Çayları (Qolo, Tavinyano və s.) qısa və astanalıdır. Əsas bitkisi makvisdir. Daş palıd, mantar palıd və s. meşələri var. Dağların yuxarı hissələri subalp və alp çəmənləridir. Subtropik bitkilər, arpa, buğda, qarğıdalı yetişdirilir. Əsasən üzümçülük, həmçinin bağçılıq, bostançılıq, heyvandarlıq, turizm inkişaf etmişdir. Mühüm şəhərləri və portları AyaççoBastiyadır. Korsika qədimdən İberiyaLiquriya tayfaları tərəfindən məskunlaşmışdı. E.ə. 3-2 əsrlərdə Roma işğal etmişdi. 6-8 əsrlərdə Bizansa məxsus idi. 1347 ildə burada Genuyanın hökmranlığı bərqərar oldu. 1729 ildə korsikalıların yadelli ağalığına qarşı üsyanı başlandı. Kompyen konvensiyası (1764) və Versal müqaviləsinə (1768) görə Fransanın tabeliyinə keçdi, 1796 ildə isə qəti olaraq ona birləşdirildi. 1942 ilin noyabrında Korsikanı italyan və alman qoşunları işğal etdi. Napoleon Bonapart Korsikadakı Ayaçço şəhərində doğulmuşdur.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Estimation de population par région, sexe et grande classe d'âge – Années 1975 à 2022. Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne