Mecay

mecay "mđʔ.y"
("xaricilər" üçün atış çubuğu determinativi)
Heroqliflərdə
G17
D36
U28G1M17M17G43T14A1
Z2

Mecay (həmçinin Macoy, Macay; q.misir mđʔ.y)[1]Qədim Misirin Yeni padşahlıq dövründə fəaliyyət göstərmiş, səhralarda kəşfiyyat əməliyyatları həyata keçirən və fironun hakimiyyəti altındakı əraziləri müdafiə etmiş elit hərbiləşdirilmiş polis qüvvəsi.

"Mecay" sözünün gəldiyi Misir termini "mđʔ" əvvəllər müasir Sudanın şimalında və Misirin cənubunda misirli canişinlər tərəfindən muzdlu əsgərlər olaraq işə alınan nubiyalı köçəri tayfaların məskunlaşdığı bir regiona deyilirdi. Onlar müasir milli polis qüvvələrinə bənzər bir mürəkkəb ictimai müdriyyət sistemi qurmuşdular. Tədricən termin polis qüvvəsinin özünə verilən bir ada çevrildi.

Orta padşahlıq dövründə qədim misirlilər mecayların döyüş bacarıqlarına böyük hörmətlə yanaşırdılar. Buna görə də, mecaylar əsasən piyada qoşun və sərhəddə xaricilərə casusluq etmək üçün tədqiqatçı olaraq işə alınırdılar.[2]

On səkkizincı sülalə dövründə mecaylar digər hakimiyyət orqanlarından azad olan ayrı bir iyerarxiyaya sahib olan şəhər-daxili polis adlandırılırdı.

Mecayların adı iyirminci sülalədən (e.ə. 1189–1077) sonra çəkilmir.

  1. Erman, Adolf; Grapov, Hermann. Wörterbuch der ägyptischen Sprache. 2. 1926–1961. səh. 186.
  2. Kemp, Berri. Ancient Egypt: Anatomy of a Civilisation. Routledge. 2007. səh. 448. ISBN 1-134-56388-4.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne