Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mem (ing. meme, ru. мем) -bir nəsildən başqa nəsilə genetik olaraq deyil, imitasiya, öyrətmə yoluyla ötürülən mədəni informasiya. "Mem" termini yunan dilindəki μίμημα ("oxşarlıq") sözündəndir. Mem anlayışı və onun konsepsiyası 1976-cı ildə Riçard Dokinz (Richard Dawkins) tərəfindən "Eqoist gen" kitabında işlənib. İnternetdə bu termindən, adətən, çox sürətlə populyarlıq qazanan sözü, ifadəni, görüntünü bildirmək üçün istifadə olunur.