Piano (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianoda səsləri çəkicciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanizmin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər.
Piano iki formada mövcuddur:
Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.