Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sepsis | |
---|---|
| |
XBT-10 | R65.20, R65.21 |
XBT-9 | 995.92 |
DiseasesDB | 11960 |
MedlinePlus | 000666 |
MeSH | D018805 |
![]() |
Sepsis — yunan sözü olub, mənası "çürümə" deməkdir. Qədim yunan alimləri sepsis zamanı qanın çürüdüyünü düşünürdü. Bu səbəbdən irinli infeksiyaya sepsis deyirdilər. Sepsis, infeksion xəstəlik törədicilərinin səbəb olduğu nizamsız sistemli immun reaksiyası nəticəsində yaranan və həyat üçün təhlükəli olan poli-orqan çatışmazlığıdır. Bu vəziyyət adətən bakteriyalar tərəfindən törədilir, lakin viruslar, göbələklər və ya parazitlər də səbəb ola bilər.
Sepsisin tərifi vahid deyil və davamlı müzakirə mövzusudur. Sepsisin köhnə tərifləri əsasən qan dövranında xəstəlik törədicilərinin aşkarlanmasına ("bakteriemiya") əsaslanırdı. 1991-ci ildə American College of Chest Physicians (ACCP) və Society of Critical Care Medicine (SCCM) tərəfindən keçirilmiş konfransın tövsiyələrinə görə, sepsis sistemli iltihabi cavab sindromu (SIRS) olduqda və klinik və ya mikrobioloji olaraq infeksiya təsdiqləndikdə mövcuddur.
Schuster və Werdan (2005) sepsisi belə tərif edir: "Sepsis, infeksiya mənbəyindən qan dövranına daxil olan patogen mikroorqanizmlərin və onların məhsullarının böyük bioloji kaskad sistemlərini və spesifik hüceyrə sistemlərini aktivləşdirməsi, eyni zamanda humoral və hüceyrə mediatorlarının yaranmasını və ifrazını tetikləmesi nəticəsində yaranan həyat üçün təhlükəli klinik xəstəlik əlamətləri və patofizioloji dəyişikliklərin məcmusudur."
2016-cı ildə qəbul edilmiş Sepsis-3 konsensusu, sepsisi infeksiya səbəbindən meydana gələn, nizamsız immun reaksiyasının səbəb olduğu və həyat üçün təhlükəli poli/orqan çatışmazlığı kimi tərif etdi. Bu tərif əvvəlki dominant SIRS meyarlarından uzaqlaşaraq, SOFA (Sequential Organ Failure Assessment) balına əsaslanır. Bu yeni tərifə görə, sepsis diaqnozu qoymaq üçün SOFA balında 2 və ya daha çox artım müşahidə olunmalıdır.