Alipay

Alipay
Ümumi məlumatlar
Sənaye Maliyyə xidmətləri
Təsis tarixi 2004
Rəhbərlik
Təsisçi
alipay.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alipay (çin. 支付宝) — Alibaba Qrupuna daxil olan və dünyanın böyük ödəniş sistemlərindən biridir. 2004-cü ildə qurulub. Alibaba Qrupunun təklif etdiyi məhsulların ödənişi üçün qrup daxilində istifadə üçun yaradılıb, ancaq sonradan digər şirkətlərdə istifadə etməyə başlayıb və hal hazırda 930 mindən çox digər şirkət də bu ödəmə sistemindən istifadə edir. Bu yaxınlarda şirkət sifarişlərin birbaşa mobil telefondan ödənilməsi üçün bir sistem inkişaf etdirib və Çinin ən böyük mobil operatorlarından biri olan "China Unicom" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. 2018-ci ilin dörduncu rübunun nəticələrinə əsasən Alipay sistemi, Çin ərazisindəki onlayn ödəmə bazarının 55,32 faizinə sahibdir.[1]

  1. https://web.archive.org/web/20181006194900/https://www.cw.com.hk/digital-transformation/alipay-world-s-second-largest-mobile-wallet

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne