Corcizm (ing. Georgism, həmçinin heoizm) — Henri Corc tərəfindən qurulan iqtisadi və fəlsəfi doktrin, hər kəsin yaratdığı məhsula sahib olduğu (ing. everyone owns what they create), ancaq bütün təbii malların və hər şeydən əvvəl yer üzünün bütün insanlara eyni dərəcədə aid olduğu fikrinə əsaslanır [1]. Corcizm fəlsəfəsi, adətən, torpaq istifadəsi üçün vahid vergi ideyası ilə əlaqələndirilir.