Elmi fantastika filmi

Elmi fantastika filmi — Çox vaxt futuristik kosmik gəmilər, robotlar və ya digər texnologiya ilə müşayiət olunan elmi fantastika; yerdənkənar həyat formaları, yad planetlər və zamanda səyahət kimi xəyali hadisələrin spekulyativ və elmi əsaslı təsvirlərindən istifadə edən film janrıdır. Elmi fantastika filmi keçmişdən bu günə qədər siyasi və sosial mövzularda sosial tənqid və "bizi insan edən nədir?" kimi fəlsəfi problemlərin araşdırılması üçün tez-tez istifadə olunan bir film janrı olmuşdur.[1]

Elmi-fantastika janrı səssiz kinonun ilk illərindən — Corc Melisin "Aya Səyahət" (1902) filminin çəkilişindən bəri mövcuddur və bu film tamaşaçıları çətin foto effektləri ilə valeh edir. Elmi-fantastika filmləri 1930-cu illərdən 1950-ci illərə qədər aşağı büdcəli B filmləri kimi çəkilmişdir. Lakin Stenli Kubrikin bir dönüş nöqtəsi etdiyi "2001: Bir kosmik dastan" (1968) filmindən sonra elmi-fantastika film janrı daha ciddi bir film janrı kimi qəbul olunmağa başlanmışdır. 1970-ci illərin sonlarında xüsusi effektlərlə zənginləşdirilmiş yüksək büdcəli elmi-fantastika filmləri kinosevərlər arasında populyarlaşmışdır. 1977-ci ildə çəkilmiş və olduqca təsirli filmlər olmuş "Ulduz müharibələri" və "Üçüncü növ yaxın görüşlər" adlı filmlər, "E. T." (1982) və "Qara Geyinən Adamlar" (1997) filmləri kimi qarşıdakı onilliklərdə çəkiləcək böyük büdcəli elmi fantastika filmlərinin yolunu açmışdır.[2][3]

  1. Williams, Eric R. (2017). The screenwriters taxonomy : a roadmap to collaborative storytelling. New York, NY: Routledge Studies in Media Theory and Practice. ISBN 978-1-315-10864-3. OCLC 993983488. P. 21
  2. Dean, Joan F. "Between 2001 and Star Wars." Journal of Popular Film and Television 7.1 (1978): 32-41.
  3. Lev, Peter. "Whose future? Star wars, alien, and blade runner." Literature/Film Quarterly 26.1 (1998): 30.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne