Finlandiya | |||||
---|---|---|---|---|---|
Suomen tasavalta | |||||
| |||||
I wish I was in Finland, O na bawn yn y Ffindir | |||||
Himn: "Maamme / Vårt land" (azərb. "Bizim Torpaq") |
|||||
![]() |
|||||
Tarixi | |||||
• Elan olunub | 6 dekabr 1917 | ||||
• Tanınıb | 4 yanvar 1918 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Helsinki | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Prezident | Aleksandr Stubb [1.III.2024 ~] | ||||
Baş nazir | Petteri Orpo [20.VI.2023 ~] | ||||
Sahəsi | Dünyada 64-cü | ||||
• Ümumi | 338424 km² | ||||
• Su sahəsi (%) | 10 | ||||
Əhalisi | |||||
• Əhali | 5400000 nəfər (115-ci) | ||||
• Sıxlıq | 15,6 nəf./km² | ||||
• Ümumi | 296.387.625.264 $[2], 280.825.957.768 $[2] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 221 milyard dollar (62-ci) | ||||
• Adambaşına | 40 300 dollar (38-ci) | ||||
İİİ (2013) | 0.892 | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .fi | ||||
ISO kodu | FI | ||||
BOK kodu | FIN | ||||
Telefon kodu | +358 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
![]() |
Finlandiya,[a] rəsmi adı ilə Finlandiya Respublikası[b][c] — Şimali Avropada yerləşən Skandinaviya ölkəsi. Şimal-qərbdə İsveç, şimalda Norveç və şərqdə Rusiya ilə həmsərhəddir. Qərbində Botniya körfəzi, cənubunda isə Estoniyanın qarşısındakı Fin körfəzi yerləşir. Finlandiya 338.145 km2 əraziyə[3] və 5,6 milyon əhaliyə malikdir. Helsinki paytaxt və ən böyük şəhərdir. Əhalinin böyük bir hissəsi etnik finlərdən ibarətdir. Rəsmi dövlət dilləri fin dili və isveç dilidir. Əhalinin 84,9 %-i ana dil kimi fin dilində, 5,1 %-i isə isveç dilində danışır.[4][5] Finlandiyanın iqlimi cənubda rütubətli kontinental iqlimdən şimalda subarktika iqliminə qədər dəyişir. Torpaq örtüyü əsasən tayqa biomudur və 180.000-dən çox qeydə alınmış göl vardır.[6][7]
Finlandiyada ilk insanlar Son Buz dövründən sonra e.ə. IX minillik civarında yerləşmişdir.[8] Daş dövründə müxtəlif keramika üslubları ilə seçilən müxtəlif mədəniyyətlər meydana çıxdı. Tunc dövrü və Dəmir dövründə Fennoskandiya və Baltikyanının digər mədəniyyətləri ilə təmaslarla yadda qaldı.[9] XIII əsrin sonlarından Finlandiya Şimali Səlib yürüşləri nəticəsində İsveç imperiyasının bir hissəsi oldu. 1809-cu ildə Fin müharibəsi nəticəsində Finlandiya İsveçdən alınaraq Rusiya imperiyasının idarə etdiyi muxtar dövlət olan Finlandiya böyük hersoqluğuna çevrildi. Bu dövrdə Fin incəsənəti çiçəkləndi və tam müstəqillik ideyası özünü büruzə verməyə başladı. 1906-cı ildə Finlandiya ümumi seçki hüququ verən ilk Avropa dövləti və bütün yetkin vətəndaşlara dövlət vəzifələrinə namizəd olmaq hüququnu verən dünyada ilk dövlət oldu.[10][note 1] 1917-ci ildə Rusiya inqilabından sonra Finlandiya tam müstəqilliyini elan etdi. 1918-ci ildə gənc millət Finlandiya vətəndaş müharibəsi ilə parçalandı. İkinci Dünya müharibəsi illərində Finlandiya Qış müharibəsi və Davam müharibəsində Sovet İttifaqına qarşı, daha sonra Lapland müharibəsində nasist Almaniyasına qarşı vuruşdu. Nəticədə ərazisinin bir hissəsini itirdi, lakin müstəqilliyini qoruyub saxladı.
Finlandiya 1950-ci illərə qədər əsasən aqrar ölkə olaraq qaldı. İkinci Dünya müharibəsindən sonra sürətlə sənayeləşdi və isveç modeli üzərində qurulmuş sosial dövlət ilə inkişaf etmiş bir iqtisadiyyat qurdu. Bu, ölkəyə ümumi rifah və adambaşına yüksək gəlir əldə etməyə imkan verdi.[11] Soyuq müharibə dövründə Finlandiya rəsmi olaraq bitərəflik siyasətini qəbul etdi. O vaxtdan bəri 1995-ci ildə Avropa İttifaqına, 1999-cu ildə Avrozonaya, 2023-cü ildə isə NATO-ya üzv olub. Finlandiya Birləşmiş Millətlər Təşkilatı, Skandinav Şurası, Şengen zonası, Avropa Şurası, Ümumdünya Ticarət Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi müxtəlif beynəlxalq təşkilatların üzvüdür. Ölkə təhsil, iqtisadi rəqabət qabiliyyəti, vətəndaş azadlıqları, həyat keyfiyyəti və insan inkişafı da daxil olmaqla milli performans göstəricilərində çox yaxşı nəticələr göstərir.[12][13][14][15]
<ref>
teqi; auto2
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; statistics-finland-population-2023-final
adlı istinad üçün mətn göstərilməyib
Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/>
teq tapılmadı
Sitat səhvi: " note " adlı qrup üçün <ref>
teqləri mövcuddur, lakin müvafiq <references group="note"/>
teq tapılmadı