Leypsiq (alm. Leipzig) — Almaniyanın Saksonya əyalətinə bağlı bir şəhər. Sahəsi 297,60 km². 29 fevral 2008-ci ilin hesablamalarına görə əhalisi 510.651 nəfər olub. Artıq 17-ci əsrdən etibarən Leypsiq şəhəri Qərbi Avropada öz universitetləri və yarmarkaları ilə tanınmağa başlayıb. Şəhərdə hər il çoxlu sayda yarmarka keçirilir, bu səbəbdən şəhəri qeyri-rəsmi olaraq Messestadt (yarmarkalar şəhəri) adını almışdır. Leypsiq İkinci dünya müharibəsindən sonra Sovet işğalı altında qalan Şərqi Almaniyada əsas şəhərlərdən biri olub.
Bu şəhərdə 1879-cu ildə V.Vundt tərəfindən dünyada ilk eksperimental psixologiya laboratoriyası yaradılıb. Sonralar laboratoriya instituta çevrilib.
- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2018 (4. Quartal). Federal Statistical Office.
- ↑ Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). DESTATIS, 2024.