Minarxizm və ya tarixən Qarovulçu dövlət (ing. Night-watchman state) — məhdud və minimal olan, vəzifələri sadəcə vətəndaşları ordu, polis və məhkəmə ilə təmin etməklə, yəni hücum, oğurluq, müqavilə pozuntusu və fırıldarçılığın qarşısını almaqla hücum etməmə prinsipinin tətbiqedicisi olmaqdan ibarət dövlət modeli. Bu modelin tərəfini saxlayanlar minarxistlər adlanır.[1][2][3]
Minarxizm, anarxo-kapitalizm ilə yanaşı, libertarializmin iki sütunundan biridir.
Bu hökumət forması əsasən ABŞ libertarianizmi, obyektivizm və sağ-libertarian siyasi fəlsəfəsi ilə əlaqələndirilir. Buna baxmayaraq, minarxizm anarxist olmayan libertarian sosialistlər və digər sol-libertarianlar tərəfindən müdafiə edilmişdir.[4][5] Həmçinin, bəzi anarxistlər və sol-libertarianlar da minimal təminatlı dövləti fikrini ümumi sosial təhlükəsizliyin işçi sinif üçün qısamüddətli hədəf olması şərti ilə dəstəkləmişdir[6] və təminat proqramlarını həm hökuməti, həm də ki kapitalizmi ləğv etməsinə səbəb olacağı halda dayandırmağı irəli sürmüşdür.[7] Digər sol-libertarianlar kasıblar üçün nəzərdə tutulmuş sosial təminatdan əvvəl korporativ təminatı ləğv etməyi üstün tuturlar.[8]
Qarovulçu dövlət modeli 1974-cü ildə Robert Nozik tərəfindən müəllifi olduğu "Anarxiya, dövlət və utopiya" kitabında müdafiə edilmiş və populyarlaşdırılmışdır.[9] Tarixşünas Çarlz Taunsend XIX əsr Böyük Britaniyasını bu hökumət formasının flaqmanı kimi qələmə vermişdir.[10]
Left libertarianism can therefore range from the decentralist who wishes to limit and devolve State power, to the syndicalist who wants to abolish it altogether. It can even encompass the Fabians and the social democrats who wish to socialize the economy but who still see a limited role for the State.[ölü keçid]
Anarchists propose other measures to deal with these problems, without recourse to state authority. [...] Social democrats and anarchists always agreed, fairly generally, on so-called 'welfare state measures'.
[Left-libertarians] prefer that corporate privileges be repealed before the regulatory restrictions on how those privileges may be exercised.
Britain, however, with its strong tradition of minimal government — the 'night-watchman state' — vividly illustrated the speed of the shift [during World War I] from normalcy to drastic and all-embracing wartime powers like those contained in the Defence of the Realm Act.