Pakistan

Pakistan
اِسلامی جمہوریۂ پاکِستان
Islamic Republic of Pakistan
Bayraq Gerb
Bayraq Gerb
Ittehad, Tanzim, Yaqeen-e-Muhkam  (urdu)
"Birlik, İntizam və İnam"
Himn: 
Tarixi
 • Müstəqilliyin elanı 14 avqust 1947
 • İslam respublikasının elanı 23 mart 1956
 • Şərqi Pakistanın ayrılması 26 mart 1971
Rəsmi dilləri
Paytaxt İslamabad
İdarəetmə forması Parlamentli respublika
Prezident Asif Əli Zərdari
Baş nazir Şahbaz Şərif
Sahəsi Dünyada 33-cü
 • Ümumi 881,913 km² km²
 • Su sahəsi (%) 2.86
Əhalisi
 • Əhali 212,228,000 nəfər (6-cı)
 • Siyahıyaalma (1998) 132 352 279 nəf.
 • Sıxlıq 244.4 nəf./km² (56-cı)
ÜDM (AQP)
 • Ümumi 1,63 trilyon dollar  (22-ci)
 • Adambaşına 7760 dollar  (121-ci)
ÜDM (nominal)
 • Ümumi (2021) 387 milyard dollar  (35-ci)
 • Adambaşına 1795 dollar  (143-cü)
İİİ (2015) 0.550 (artış; 147-ci)
Demonim Pakistanlı
İnternet domeni .pk
ISO kodu PK
BOK kodu PAK
Telefon kodu +92
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Pakistan
Pakistan

Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامی جمہوریہ پاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 900.125 km-dir. Ölkə cənubdan Ərəbistan dəniziOman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.

Hazırda Pakistanın nəzarəti altında olan ərazilər bir neçə qədim mədəniyyətə ev sahibliyi etmişdir. Bunu NeolitTunc dövrünə məxsus abidələr, yaşayış məntəqələri və s. sübut edir. Bu ərazidə vaxtilə Əhəmənilər İmperiyası, Makedoniyalı İsgəndər, Mauriya İmperiyası, Əməvilər sülaləsi, Qupta İmperiyası[4], Dehli sultanlığı, Monqol İmperiyası, Böyük Moğol İmperiyası, Dürranilər İmperiyasıBritaniya İmperiyası kimi nəhəng imperiyalar və hökmdarlar ağalıq etmişdir.

Məhəmməd Əli Cinnah tərəfindən başladılmış Pakistan hərəkatıyarımqitənin müstəqillik uğrunda mübarizədə qalib gəlməsi nəticəsində Pakistan dövləti 1947-ci ildə müstəqillik əldə etmişdir.[5] Ölkə etnik və dil baxımından müxtəlifdir. Eyni müxtəliflik özünü ölkənin coğrafiyası və təbiətində də büruzə verir. Pakistan 1956-cı ildə konstitusiyanı qəbul etmiş, beləliklə İslam respublikasına çevrilmişdir. 1971-ci ildə başlamış etnik vətəndaş müharibəsi Şərqi Pakistanın ölkənin əsas hissəsindən ayrılması və Banqladeş adı ilə müstəqillik qazanması ilə nəticələnmişdir.[6] 1973-cü ildə Pakistanda yeni konstitusiya qəbul olundu. Nəticədə, dörd vilayət və dörd federal ərazidən ibarət olan mərkəzi İslamabad şəhərində yerləşən federal hökumətin əsası qoyuldu. Yeni konstitusiyadakı bütün qanunların İslam qaydalarına uyğun olması əsas şərt hesab olunurdu.[7]

Pakistan Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür.[8]

  1. Central Intelligence Agency - CİA - The World Factbook :Country comparison: Population Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine
  2. 1 2 251 // Constitution of Pakistan (urdu).
  3. http://chartsbin.com/view/edr.
  4. Wynbrandt, James. A Brief History of Pakistan. Infobase Publishing, 2009. ISBN 081606184X, 9780816061846.
  5. "Exploding Communalism The Politics of Muslim Identity in South Asia" (PDF). Ayesha Jalal. Oxford University Press, 1998-9. 2013-09-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-02-07.
  6. "Special report: The Breakup of Pakistan 1969-1971". 2017-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-07.
  7. Iqbal, Khurshid. The Right to Development in International Law: The Case of Pakistan. Routledge. 2009. səh. 189. ISBN 978-1-134-01999-1. The constitution proclaims ... that all existing laws shall be brought in accordance with the injunctions of Islam as laid down in the Quran and Sunnah, and no law shall be enacted which is repugnant to such injunctions.
  8. "Nilufer Bakhtiyar: "For Azerbaijan Pakistan does not recognize Armenia as a country"". 2011-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-19.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne