Tatarlar

Tatarlar
Sayları və yaşadığı ərazilər
Dili tatar dili
Dini İslam (sünni) və xristian (pravoslav) azlıq, və şiə azlıq[1]
Mənşəyi Qıpcaq (türk)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri.

Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, VolqaboyuUralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır.

Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir.

Keçmişdə İdil (Volqa) Bulqar dövlətiQazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığıonun paytaxtı Qazan şəhərinin işğalıxanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar.

  1. "تاتارهای افغانستان در تلاش بازیابی فرهنگ فراموش‌ شدۀ شان". da.azadiradio.com. 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne