Yeva Duarte Kuboku (isp. Copa Eva Duarte) — 1940-cı ildən 1953-cü il də daxil olmaqla İspaniyada keçirilən futbol turniri. Bu turnir müasir Superkuboka uyğun olub, yəni kubok uğrunda İspaniya Çempioatının qalibi və İspaniya Kubokunun qalibi qarşılaşıb. Turnir ilk dəfə 1940-cı ildə keçiriləndə Çempionlar Kuboku (isp. Copa de Campeones) adını daşıyıb. 1945-ci ildə Argentina (həmin dövrdə İspaniya ilə yaxın əlaqələri olan dost ölkə) səfirinin təklifi ilə kubokun adı dəyişdirilir və Argentinanın Qızıl Kuboku (isp. Copa de Oro Argentina) qoyulur. 1947-ci ildən etibarən isə turnir Argentina prezidenti Xuan Peronun xanımı Yeva Peronun şərəfinə Yeva Duarte Kuboku adlandırılır. Bu turnir bir qayda olaraq payız aylarında keçirilirdi. Qalibi 1 matç müəyyən edirdi. 1952–1953-cü illərdə kubok 2 dəfə "Barselona"ya heç bir oyun keçirilmədən verilib, çünki həmin dövrdə "Barselona" həm İspaniya Çempionatını həm də İspaniya Kubokunu qazanmışdı. Yeva Peron vəfat etdikdən sonra turnirin keçirilməsinə son qoyuldu.