Kasklar

Anadolu xəritəsində kaskların yaşadığı ərazi.

Kasklar[1] və ya kaşklar[1] (het mətnlərində "Gašga", "Kašga", "Kaška"; II Ramzesin kitabələrində "Kškš"; Assuriya mənbələrində "māt Kašku"; Uqarit mənbələrində "ktk")[2] — e.ə. II minilliyin əvvəlləri[3] ilə e.ə. VIII əsr arasındakı[4] bir dövrdə Anadoluda, Pont regionunun şərqində yaşamış,[5] təsnif edilməmiş kask dilində danışmış qeyri-Hind-Avropa mənşəli[6] yarımköçəri tayfa və ya tayfalar icması. Kaskların yazı dili yoxdur və şəhər salmamışdılar. Onlar arxeoloqlara məlum deyillər və bu səbəbdən kask mədəniyyəti haqqında çox az məlumat mövcuddur.

Het dövlətinin qədim padşahlıq dövrünə aid mənbələrdə kaskların adına rast gəlinməsə də, onların Het dövlətinin daha əvvəlki dövrlərində mövcud olması III XattusiliIV Tudxaliyanın hakimiyyət dövrünə aid kitabələrdə qeyd edilir.[7] Kasklar Het dövləti mövcud olduğu dövr boyu padşahlıq üçün bir problem olmuşdur. Münaqişənin kritikləşməsi səbəbilə kask basqınları hətta dövlətin ucqar bölgələrinə də yayılmışdır. Tarixçilər güman edirlər ki, Het dövlətinin süqutundan sonra kasklar Assuriya sərhədlərinə qədər irəliləyərək ətrafdakı padşahlıqlarla ittifaq qurmuş, nəhayət Assuriyadan gələn hücumlar və kimmerlərin istilası nəticəsində məhv olmuşdular.[8]

  1. 1 2 Qaşqay, 2009. səh. 65
  2. Ünal, 2002b. səh. 55
  3. Murat, 2016. səh. 22
  4. Murat, 2016. səh. 118
  5. Matthews, 2004. səh. 202
  6. Mallory, Adams, 1997. səh. 29
  7. Murat, 2018. səh. 83
  8. Murat, 2018. səh. 87

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne