Metaverse — insanların heç bir fiziki səy göstərmədən, artırılmış virtual reallıq cihazları vasitəsilə tamamilə zehni hiss etdikləri perseptual kainat.[1] Bu kainat kompüterlər, android cihazları və 3D cihazları sayəsində insan idrakını süni fiziki mühitə daxil etməyə imkan verir.[2]
Bu gün dünyanın ən əhəmiyyətli metaverse investorlarından biri virtual reallıq cihazları üzərində işləyən Oculus şirkətini 2 milyard dollara satın alan Facebook-dur.[3] Əslində, Facebook, Microsoft kimi mühüm proqram şirkətləri ilə əməkdaşlıq müqavilələri imzalamışdır.[4] Bundan əlavə, Roblox kimi oyun platformaları bu sahədə böyük Ar-Ge investisiyaları edir.
Bu texnologiya yetərincə inkişaf edərsə, insanlar əldə etdikləri virtual reallıq cihazları sayəsində heç bir fiziki səy göstərmədən alış-veriş etmək, kinoya getmək, kafelərdə vaxt keçirmək kimi bir çox fəaliyyətlə məşğul olmaq imkanı əldə edəcəklər.